...

Türkiyə TASIM layihəsinin reallaşdırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır

Telekommunikasiya Materials 25 Dekabr 2012 10:50 (UTC +04:00)
Türkiyə TASIM transmilli superinformasiya magistralının tikintisi layihəsinin reallaşdırılmasında Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır.
Türkiyə TASIM layihəsinin reallaşdırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir H.Vəliyev/

Türkiyə TASIM transmilli superinformasiya magistralının tikintisi layihəsinin reallaşdırılmasında Azərbaycana hərtərəfli dəstək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Bakıda Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə bildirib.

Səfirin sözlərinə görə, layihədə Türkiyəni layihənin reallaşdırılmasında maraqlı olan "Türk Telecom" təmsil edir.

Layihədə iştirak edən "Türk Telecom" TASIM layihəsinin iştirakçısı olan ölkələri böyük Avropa operatorları ilə birləşdirən həlqə kimi çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti