...

"Nar Mobile"a yeni baş direktor təyin olundu

Telekommunikasiya Materials 14 Yanvar 2013 16:05 (UTC +04:00)
Azərbaycanın mobil operatoru "Nar Mobile" Kent Maknilinin şirkətin baş direktoru təyin olunduğunu və karyerasını "Azertelecom" şirkətinin baş direktoru qismində davam etdirəcək Yurgen Pitsi əvəz etdiyini elan edib.
"Nar Mobile"a yeni baş direktor təyin olundu

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycanın mobil operatoru "Nar Mobile" Kent Maknilinin şirkətin baş direktoru təyin olunduğunu və karyerasını "Azertelecom" şirkətinin baş direktoru qismində davam etdirəcək Yurgen Pitsi əvəz etdiyini elan edib.

Trend-in "Azərfon"un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Maknili dünyanın ən böyük rəqabətə malik olan bazarlarında iri telekommunikasiya şirkətlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. O, idarəetmə, marketinq və mühəndislik sahələrində müstəsna xidmət siyahısına malik olan, yüksək səviyyəli menecerdir. Maknili özünün uzaqgörənliyi, liderliyi və maliyyə sahəsində fərasətinə görə tanınır. O, 4 qitədə müxtəlif şirkətlərdə bir sıra yüksək vəzifələr tutub və "VimpelCom" ("Beeline" şirkətinin brendi), "Eastman Kodak", "Citibank" və s. kimi şirkətlərin fəaliyyətinə özünün qiymətsiz töfhəsini verib. Maknili olduqca qısa bir zamanda öz biznesini və gəlirini artırmış bir sıra kampaniyalar üçün cavabdeh olub.

"Mən ölkədə ən sürətlə inkişaf edən mobil operator olan "Nar Mobile"a qoşulduğum üçün xoşbəxtəm. Biz məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcəyik. Biz, həmçinin qüvvəmizi mobil internetin inkişafında yer alan yeni və əhəmiyyətli imkanların axtarışında cəmləşdirəcəyik", - öz təyinatından danışan Maknili deyib.

"Nar Mobile" bu il ərzində Maknilinin rəhbərliyi altında eyni zamanda yeni nailiyyətlərə can atmaqla, öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti