...

Bakıda ictimai nəqliyyatların bəzilərində ödəniş haqqı üçün kartlar pulsuz veriləcək

Telekommunikasiya Materials 20 Fevral 2013 12:36 (UTC +04:00)
Bakıda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üçün avadanlıqların quraşdırılmaısna mayda başlanacaq.
Bakıda ictimai nəqliyyatların bəzilərində ödəniş haqqı üçün kartlar pulsuz veriləcək

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir H.Vəliyev /

Bakıda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üçün avadanlıqların quraşdırılmasına mayda başlanacaq. Trend-in məluymatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin texniki mütəxəssis İbrahim Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu istiqamətdə işlər aparılır. Ödəniş kartlarını şəhərin marketlərindən almaq mümkündür. İlkin mərhələdə yüklənə biləcək 1-3 milyon ədəd kart buraxılacaq", -Əliyev bildirib.

Onun sözlərinə görə, kartdakı balansı öyrənmək üçün bu gün avtobus dayanacaqlarında quraşdırılan interaktiv lövhələrdən öyrənmək olar.

Balansın yüklənməsi şəhərin müxtəlif yerlərində yerləşən banklar, köşklər və mobil terminallar vasitəsilə mümkün olacaq. Kartlar pulsuz veriləcək.

Qeyd edək ki, daha öncə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov nəqliyyat üçün nəzərdə tutulan bu kartlardan metroda istifadə edilməyəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti