Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Vəliyev/
Rəqəmsal yayım (DVB-T) standartına keçid Azərbaycanda LTE (Long Term Evolution) şəbəkəsinin genişlənməsini sürətləndirəcək.Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya nazirinin müavini İltimas Məmmədov rəsmi qəzetə müsahibəsində bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda LTE şəbəkələrinin genişlənilməsi televiziya diapazonunun konversiyasının hesabına həyata keçirilir.
"Əsas üstünlüyü tezlik resurslarının rasional istifadəsini nəzərdə tutan rəqəmsal formata keçid yeni nəsil şəbəkələrinin yaranmasın; və genişzolaqlı mobil xidmətlərin inkşafını daha da sürətləndirəcək",- Məmmədov bildirib.
Televiziya radiotezliklərinin konversiyası rəqəmsal TV-nin işə salınmasından əvvəl vacib prosesdir. Əksər ölkələrdə rəqəmsal TV-yə keçid zamanı boş qalan analoq TV tezlikləri uzunmüddətli təkamülün sistemlərinin inkişafı üçün ayrılır.