...

"Bakcell" yeni eksklüziv kampaniyaya başlayır

Telekommunikasiya Materials 15 May 2013 16:26 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Baku Electronics" ilə birgə yeni eksklüziv kampaniya elan edir.
"Bakcell" yeni eksklüziv kampaniyaya başlayır

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Baku Electronics" ilə birgə yeni eksklüziv kampaniya elan edir. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.

"Bakcell" şirkəti "Samsung Electronics" şirkətinin Azərbaycandakı rəsmi distribüteri "Baku Electronics" ilə birgə bütün CİN abunəçilərinə xüsusi şərtlərlə ən yeni "Samsung" telefonlarını almaq imkanını təklif edir.

Mayın 15-dən etibarən "Baku Electronics" mağazalarından aşağıda qeyd olunan "Samsung" Smartfonlarından birini əldə edən bütün cari və yeni CİN abunəçiləri 1 il ərzində pulsuz zəng, SMS, MMS və internetdən yararlanacaqlar:

- Samsung-I9500

- Samsung-I9082

- Samsung-I9100

- Samsung-I9300

- Samsung-N7100

- Samsung-I8190

250 şəbəkədaxili dəqiqə/250 SMS/250 MMS-dən ibarət olan aylıq bonus paketi şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə oluna bilər. Aylıq bonus paketini almaq üçün balansa hər ay ən azı 15 AZN yüklənməlidir. Bundan əlavə, "Bakcell" abunəçiləri hər ay 250 Mb internet trafiki hədiyyə olaraq əldə edəcəklər.

Bu misilsiz təklifdən Baku Electronics-dən kampaniyada iştirak edən "Samsung" smartfonlarından birini əldə edən bütün CİN abunəçiləri yararlana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti