...

Azərbaycanda poçt rabitəsi sahəsində pul əməliyyatları üzərində nəzarətin qaydaları təsdiq edilib

Telekommunikasiya Materials 30 May 2013 20:00 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiyasının qərarı ilə "Poçt rabitəsi sahəsində pul əməliyyatları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilib.
Azərbaycanda poçt rabitəsi sahəsində pul  əməliyyatları üzərində nəzarətin qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.Əliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiyasının qərarı ilə "Poçt rabitəsi sahəsində pul əməliyyatları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Bu Qaydalar "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsi ilə nəzarətin həyata keçirilməsini müəyyən edir.

Bu funksiya Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti