Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir H. Vəliyev/
2013-cü il yanvarın 1-dən iyulun 1-dək Dövlət Radiotezliklər İdarəsinə (DRİ) borcu olan 46 müəssisəyə 762 min manat manat məbləğində pretenziya verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DRİ-nin yaydığı məlumatda deyilir.
Bu dövr ərzində DRİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 169-cu, 170-ci maddələri ilə 36 hüquqi və fiziki şəxs barəsində inzibati xəta faktı aşkar olunub və toplanmış inzibati xəta materialları Azərbaycan Respublikası İXM-nin 360-cı maddəsinə uyğun olaraq baxılması ücün müvafiq rayon məhkəmələrinə göndərilib.
Bunun nəticəsində 28 hüquqi və fiziki şəxs barəsində cəmi 4785 manat cərimə tətbiq edilib. 8 hüquqi və fiziki şəxs barəsində inzibati xəta materialları müvafiq rayon məhkəmələrinin icraatındadır.