Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir H. Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radiomonitorinq şöbəsi Azərbaycanın 4 rayonunda TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılmasına başlayıb.
Trend-in məlumatına görə, bu barədə cümə günü DRİ-nin yaydığı məlumatda deyilir.
İşlər Xızı, Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarında aparılır.