Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir H. Vəliyev/
Azərbaycan poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin rebrendinqi üzrə işlər sentyabrdan başlayacaq. Bu barədə çərşənbə günü Trend-ə aşıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi üzrə şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda daha əvvəl poçt operatoru tərəfindən "Azərpoçt" MMC-nin yeni imicinin formalaşdırılması üzrə elan etdiyi maraqlar sorğusunun iştirakçılarının təkliflərinin qiymətləndirilməsi yekunlaşdırılır.