...

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Nyu-Yorka səfər edəcək

Telekommunikasiya Materials 3 Sentyabr 2013 10:05 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 4-5-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Nyu-Yorka səfər edəcək

Azərbaycan, Bakı, 3 sentyabr/ Trend, müxbir S.Əhmədova /

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sentyabrın 4-5-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, 67-ci sessiyada nazir Əli Abbasov, BMT Baş Assambleyasının prezidenti Vuk Jeremich, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Baş katibinin müavini Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.

Sessiyada müzakirələr BMT Baş Assambleyasının Azərbaycan hökumətinin təşəbbüsü ilə "Avrasiya Rabitə Alyansı"nın ("Eurasian Connectivity Alliance"- EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçirilir.

Səfər çərçivəsində Əli Abbasovun BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti