...

Azərbaycan bölgələrində rəqəmsal TV siqnalının yeni vericiləri quraşdırılır

Telekommunikasiya Materials 16 Sentyabr 2013 19:01 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) DVB-T standartında rəqəmsal televiziya siqnalının əhatə dairəsini genişləndirib.
Azərbaycan bölgələrində rəqəmsal TV siqnalının yeni vericiləri quraşdırılır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) DVB-T standartında rəqəmsal televiziya siqnalının əhatə dairəsini genişləndirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İB-nin yaydığı xəbərdə deyilir.

Məlumata görə, rəqəmsal TV siqnalının vericisi Qubanın Xaltan kəndindəki stansiyada quraşdırılıb.

Avadanlığın tədarükçüsü qismində Latviyanın "Vigintos Elektronika" şirkəti çıxış edir. Yeni vericilərin istismara verilməsi yaxınlıqdakı yaşayış məntəqələrində televiziya və radio verilişlərinin yayımını xeyli genişləndirməyə də imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti