...

Rabitə Nazirliyinin strukturları prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Telekommunikasiya Materials 4 Oktyabr 2013 17:17 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) oktyabrın 9-da keçiriləcək prezident seçkiləri dövründə fasiləsiz rabitə xidmətlərinin göstərilməsini təmin edəcək.
Rabitə Nazirliyinin strukturları prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) oktyabrın 9-da keçiriləcək prezident seçkiləri dövründə fasiləsiz rabitə xidmətlərinin göstərilməsini təmin edəcək. Bu barədə cümə günü Trend-ə nazirliyin mətbuat katibi Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, qarşıdakı prezident seçkiləri ilə əlaqədar RİTN-nin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçirilib. Rabitə sistemi, internet, televiziya, radio və poçt əlaqəsinin sabit işləməsini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

Oktyabrın 9-da bütün rabitə müəssisələri səsvermə prosesi başa çatanadək işləyəcək.

Operatorların bütün struktur bölmələrinə təhlükəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin çevik aradan qaldırılması üçün regional qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırılıb.

Fövqəladə vəziyyət yaranacağı təqdirdə, bilavasitə RİTN-nin bölmələrindən zəruri məlumat əldə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti