...

"ASAN xidmət"in Məlumat və Resurs Mərkəzində dünyaca məşhur server soyutma sitemləri tətbiq edilib (FOTO)

Telekommunikasiya Materials 22 Oktyabr 2013 15:38 (UTC +04:00)
ULTRA şirkəti rəsmi olaraq təmsil etdiyi Almaniyanın "Rittal" korporasiyası Ilə birgə Bakıda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli "ASAN xidmət"in data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi peşəkar tipli "Rittal LCP" (Liquid Cooling Package) avadanlığını quraşdırıb.
"ASAN xidmət"in Məlumat və Resurs Mərkəzində dünyaca məşhur server soyutma sitemləri tətbiq edilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

ULTRA şirkəti rəsmi olaraq təmsil etdiyi Almaniyanın "Rittal" korporasiyası Ilə birgə Bakıda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli "ASAN xidmət"in data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi peşəkar tipli "Rittal LCP" (Liquid Cooling Package) avadanlığını quraşdırıb.

ULTRA-dan Trend-ə verilən məlumata görə, İT sistemlərin soyudulması sahəsində ixtisaslaşmış "Rittal" şirkəti LCP DX (Liquid Cooling Package Direct Expansion) soyuducu maye sistemini və freonu istehsal edir.

Kompüter aparatlarının hazırlığını təmin edərkən mikroiqlim nəzarəti vacib rol oynayır. Serverin lazımi temperaturda işləməsinə nəzarət edilmədikdə onun xidmət müddətinin azalmasına, eləcə də sistemin işləməməsinə səbəb ola bilər. Geniş məlumat emalı mərkəzləri üçün mikroiqlimin nəzarəti sistemi vacib komponentlərdən biridir.

Xüsusi olaraq kiçik və orta müəssisələr üçün "Rittal" şirkəti 15 kVt həcmə qədər gücü, sürətli LCP DX soyuducu sistemini işləyib hazırlayıb.

Məhz bu sistem ULTRA şirkətinin mütəxəssis heyəti tərəfindən "ASAN xidmət"in məlumat resurs mərkəzində quraşdırılıb. Xüsusi avadanlığın əsas üstünlüyü ondan ibarətdir ki, o, istiqamətlənmiş soyuducu havanı server otağına deyil, birbaşa server avadanlıqlarına yönəldir. Bu, həm kifayət qədər enerjiyə qənaət olunmasına gətirib çıxarır, həm də daha peşəkar soyutma atmosferi yaradır.

2011-ci ildə 50 illik yubileyini qeyd edən "Rittal" korporasiyası İT bazarda şəbəkə və telekommunikasiya korpusları üzrə etalona çevrilib. "Rittal" 1961-ci ildən qısa müddətdə dünyanın bir çox tanınmış korporasiyaları ilə (HP, IBM, SUN və s.) tərəfdaşlıq əlaqələri qurub. Hazırda "Rittal International" "Friedhelm Loh Group"un ən böyük konsern şirkətidir.

Qeyd edək ki, ULTRA şirkəti və "Rittal" korporasiyası tərəfdaşlıq proqramı əsasında Bakıda ilk dəfə olaraq İT menecerlər üçün server avadanlıqlarının korpus təchizatı ilə bağlı seminar keçirib. Fevral ayının sonunda keçirilən bu seminar dünya standartlarına uyğun yeni şəbəkə və server avadanlıqlarının, məlumat və resurs mərkəzlərinin (data center) korpus təchizatı, eləcə də təhlükəsiz, dözümlü, bütün tələblərə uyğun data mərkəzlərin qurulmasından bəhs edirdi.

ULTRA şirkəti Azərbaycanda məlumat mərkəzləri, əlaqə mərkəzləri və server otaqlarının qurulması sahəsində aparıcı şirkətlərdən biridir. 2007-ci ildən başlayaraq şirkət Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzi, İqtisadi İnkişaf Nazirliyinin Məlumat və Resurs Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin server otağı, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin Məlumat və Resurs Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Məlumat və Resurs Mərkəzi və M.F.Axundov adına Milli Kitabxananın server otaqlarının qurulmasını həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti