Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) DVB-T standartında rəqəmsal televiziya siqnalının 20 yeni ötürücüsünü quraşdırıb. Bu barədə Trend-ə İB-dən bildirilib.
Məlumatda deyilir ki, yeni stansiyaların ümumi sayından 14 ədədi artıq istismara verilib. Yerdə qalan altı stansiya enerji təchizatının təmin olunmasından sonra yaxın vaxtlarda işə salınacaq.
Respublika ərazisində fəaliyyət göstərən stansiyaların ümumi sayı 76 ədədə çatıb. Hazırda ölkə əhalisinin 98 faizə yaxını rəqəmsal TV siqnalları ilə əhatə olunub.