...

Bakıda TASİM magistralının tikintisi layihəsi üzrə memorandum imzalanacaq

Telekommunikasiya Materials 25 Noyabr 2013 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir H.Vəliyev/

"BakuTel-2013" sərgisi (2-5 dekabr) çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikinti layihəsi üzrə anlaşma memorandumunun imzalanması gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə layihəyə yaxın mənbə deyib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, dekabrın 2-də TASİM layihəsinin əsas telekommunikasiya operatorlarının forumu keçiriləcək.

Layihənin bundan sonrakı mərhələsinin həyata keçirilməsi şərtlərini müəyyənləşdirəcək memorandumu TASİM-ə qoşulmuş ölkələr imzalayacaq. Hazırda TASİM layihəsinə Rusiya ("Rostelekom" operatordur), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TürkTelekom"), Çin ("ChinaTelecom") və Azərbaycan ("Azertelekom") cəlb edilib.

Qeyd edək ki, TASİM layihəsi Frankfurtdan (Almaniya) Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti