...

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

Telekommunikasiya Materials 5 Avqust 2014 12:40
Bundan sonra daşınmaz əmlakın satışı üzrə hərraclarda iştirak üçün ərizələrin verilməsi və daşınmaz əmlak üzrə texniki sənədlərin tərtibi, dövlət reyestrində qeydiyyat elektron formada mümkün olacaq.
Azərbaycanda elektron özəlləşdirməyə start verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Bundan sonra daşınmaz əmlakın satışı üzrə hərraclarda iştirak üçün ərizələrin verilməsi və daşınmaz əmlak üzrə texniki sənədlərin tərtibi, dövlət reyestrində qeydiyyat elektron formada mümkün olacaq.

Trend-in məlumatına görə, bununla bağlı "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə müvafiq qərarı çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.

Bu qərar Əmlak Məsələləri Dövlət Komitəsinin Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Bundan sonra elektron formada aşağıdakı xidmətlər göstəriləcək:

- Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu;

-Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu;

- Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair sifarişlərin qəbulu;

- Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu;

-Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texnikisənədlərin (pasportun və plan ölçüsünün) tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti