...

Azərbaycanın dördüncü mobil operatorunun fəaliyyəti məhdudlaşdırılacaq

Telekommunikasiya Materials 7 Dekabr 2014 12:22 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının operatoru Naxtel bütün Azərbaycan ərazisi üzərində xidmət göstərməyəcək
Azərbaycanın dördüncü mobil operatorunun fəaliyyəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək.

Trend-in NMR-ın Rabitə və İnformasiya Texnologiyaları Naziri Rövşən Məmmədova istinadan verdiyi məlumata görə, şirkətin prioritet planları arasında Muxtar Respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir.

"Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil, və xidmət, əvvəlki kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcəkdir", deyə Məmmədov bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti