...

Azərbaycan və Qazaxıstan TASİM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Telekommunikasiya Materials 17 Yanvar 2015 11:04 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Superinformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər.
Azərbaycan və Qazaxıstan TASİM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Superinformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər. Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Qazaxıstanla müqavilənin ilin birinci yarısında imzalanacağı gözlənilir və artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq olar.

Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

TASİM-in ümumilikdə 20 ölkəni birləşdirməsi nəzərdə tutulub. Layihənin reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti