...

Rusiya TASİM layihəsini müzakirə edir

Telekommunikasiya Materials 27 Fevral 2015 14:13 (UTC +04:00)
Rusiya Federasiyasının Rabitə Nazirliyində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi müzakirə edilib.
Rusiya TASİM layihəsini müzakirə edir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Rusiya Federasiyasının Rabitə Nazirliyində "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi müzakirə edilib.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə "Rostelekom" ASC, "TransTelecom" QSC və "MTS" ASC-ni təmsil edən nümayəndələr layihənin hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan müasir magistral şəbəkənin çəkilişini nəzərdə tutur.

Layihə çərçivəsində Qazaxıstan, Azərbaycan və Türkiyə ərazilərindən keçərək, Çin və Avropa arasında telekommunikasiya tranzit xəttinin tikilməsi planlaşdırılır.

Həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzəraltı xəttin çəkilişi alternativ variant kimi mövcuddur.

Tərəflər Rusiyanın layihədə rolu barədə danışıqların davamının vacibliyini vurğulayıblar. TASİM layihəsi haqqında bəyannamə 11 noyabr 2008-ci il tarixində Bakıda keçirilən nazirlərin regional görüşündə qəbul edilib.

Bununla yanaşı, layihə 2009-cu ildə kommunikasiya sahəsində fəaliyyət göstərən Regional Rabitə Administratorları Rəhbərləri Şurasının 41-ci iclasında müzakirə olunub.

Layihə iştirakçıları müntəzəm olaraq görüşlər keçirirlər. Nəticə olaraq, iştirakçılar arasında bir sıra müqavilə və memorandumlar imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti