...

Azərbaycan TASİM üzrə üçtərəfli əməkdaşlıq təklif edib

Telekommunikasiya Materials 10 May 2015 03:46 (UTC +04:00)
Azərbaycan TASİM layihəsi, BMT-nin SPECA (Special Program for Central Asia) və CAREC (Central Asia Regional Economic Cooperation) proqramları arasında üçtərəfli əməkdaşlıq təklif edib.
Azərbaycan TASİM üzrə üçtərəfli əməkdaşlıq təklif edib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan TASİM layihəsi, BMT-nin SPECA (Special Program for Central Asia) və CAREC (Central Asia Regional Economic Cooperation) proqramları arasında üçtərəfli əməkdaşlıq təklif edib. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərin görə, bu əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə İKT sahəsində daha geniş təcrübə mübadiləsi aparmasına xidmət edir.

Mənbə qeyd edib ki, TASIM layihəsinə geniş dəstək verilməsi onun UNESCAP proqramı (The United Nations Economic and Social Commission for Asia and the Pacific) ilə dəstəklənən Asiya yüksəksürətli informasiya magistralına inteqrasiya etməsinə imkan yaradacaq.

UNESCAP SPECA-nın təsisçisidir.

Hazırda Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq istiqaməti baxılma mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti