...

Azərbaycanın özəl internet provayderləri dövlət operatorunun tariflərindən razıdır

Telekommunikasiya Materials 5 İyul 2015 18:41 (UTC +04:00)
Azərbaycanın özəl internet provayderləri Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) telekommunikasiya qovşaqlarında quraşdırılan qurğularına xidmət etmək iqtidarında deyillər.
Azərbaycanın özəl internet provayderləri dövlət operatorunun tariflərindən razıdır

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın özəl internet provayderləri Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) telekommunikasiya qovşaqlarında quraşdırılan qurğularına xidmət etmək iqtidarında deyillər.

BTRİB-dən Trend-ə verilən məlumata əsasən, qurğuların fasiləsiz işinin təmin edilməsi tarifləri dövlət operatorunun xərclərindən hesablanır: "Özəl provayderlərə təklif olunan tariflərdə elektrik enerjisi, soyutma, fasiləsiz təchizat sistemi və bu kimi xidmətlərdən istifadə xərcləri nəzərə alınıb. Provayderlər sadalanan xidmətlərin haqqını ayrı-ayrılıqda özləri ödəməli olsalar, bu onlara baha başa gələcək. Bundan başqa, hər bir provayder sayğacları quraşdırmaq, generatorların texniki xidmət haqqını ödəmək üçün enerji operatorunun texniki şərtlərini əldə etməlidir. Buna görə də özəl biznes belə bir addım atmaq niyyəyində deyil və buna hazır deyil".

Qeyd olunur ki, İstehsalat Birliyinin təklif etdiyi tariflər daha optimaldır və özəl biznes bu qiymətlərdən razıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti