Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Bakının daha 10 məktəbi "Elektron gündəlik" layihəsi çərçivəsində göstərilən şagirdlərin müvəffəqiyyəti barədə SMS-məlumatlandırma xidmətinə qoşulub. Bunu Trend-ə "Mobile Solutions&Marketing Technologies" şirkətindən deyiblər.
Respublika üzrə SMS servisinə qoşulmuş məktəblərin sayı 100-ə çatır.
SMS-məlumatlandırma xidməti valideynlərin mobil telefonlarına şagirdin müvəffəqiyyəti barədə SMS-in göndərilməsini nəzərdə tutur.
Xidmətə qoşulmaq üçün məktəbə müraciət etmək və ya "9988" nömrəsinə ad, soyad, şagirdin atasının adı, məktəbin nömrəsi, sinif və ev telefon nörməsini göstərməklə qısa məlumat göndərmək lazımdır.
SMS məlumatlandırna xidməti "Bakcell", "Azercell" və "Azerfon" mobil rabitə operatorlarının şəbəkələrində əlçatandır.
Yenilik ondan ibarət olacaq ki, iki və daha çox övladı üçün xidmətə qoşulan valideynlər cari tarifə əlavə endirimlər əldə edirlər.
Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 4,72 manatdır.