...

"Bakcell" nömrələrinin balansını Rusiyada da artırmaq mümkündür

Telekommunikasiya Materials 17 Oktyabr 2016 17:23 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni beynəlxalq balansartırma xidmətinin istifadəyə verildiyini elan edir.
"Bakcell" nömrələrinin balansını Rusiyada da artırmaq mümkündür

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni beynəlxalq balansartırma xidmətinin istifadəyə verildiyini elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu xidmət Rusiya ərazisindən Bakcell nömrəsinin balansını asanlıqla artırmaq imkanı verir.

Ödənişləri həyata keçirmək üçün Rusiyanın istənilən mobil operatorunun elektron pul kisəsi xidmətini istifadə edən abunəçilər sadəcə http://payfon24.ru/shop/401032 keçidinə daxil olub, açılan səhifədə göstərilən sadə təlimatları yerinə yetirməlidirlər. Bakcell nömrəsinin balansına yüklənən vəsait Rusiya Mərkəzi Bankının valyuta mübadiləsi məzənnəsinə uyğun olaraq rublun AZN-ə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Bakcell Azərbaycanda bu cür xidmətləri göstərən ilk şirkətdir. Bu layihənin başlıca məqsədi Bakcell xidmətlərini Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələrdə, xüsusilə azərbaycanlı icmaların (diasporların) yaşadığı ölkələrdə daha əlçatan etməkdən ibarətdir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti