...

"Azercell" tarifləri dəyişəcək? - Şirkət rəhbərindən cavab

Telekommunikasiya Materials 11 Noyabr 2016 15:44 (UTC +04:00)
"Azercell" mobil operatoru hazırda xidmətlərə görə tariflərin dəyişdirilməsi barədə məsələyə baxmır.
"Azercell" tarifləri dəyişəcək? - Şirkət rəhbərindən cavab

Bakı. Azad Həsənli - Trend:

"Azercell" mobil operatoru hazırda xidmətlərə görə tariflərin dəyişdirilməsi barədə məsələyə baxmır. Trend-in məlumatına görə, bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Şirkət rəhbəri qeyd edib: "Tariflərin dəyişdirilməsi barədə gündəlikdə məsələ yoxdur. Yalnız ciddi devalvasiya, iqtisadi vəziyyətin kəskin dəyişməsi və ya şirkətin maraqlarına ziyan vura biləcək bir hal yaranarsa, biz bu məsələyə baxmağa məcbur olacağıq. Lakin bu gün bu məsələ real deyil".

V.Mürsəliyev əlavə edib ki, hətta tariflərdə dəyişiklik etmək məcburiyyətində qalsalar belə, abonentlərin büdcəsinə ciddi ziyan vurulmamasına calışılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti