...

Azərbaycanda ilk dəfə dövlət qurumunun saytının fəaliyyəti dayandırılıb (YENİLƏNİB)

Telekommunikasiya Materials 3 Noyabr 2017 10:46 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet resursunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Azərbaycanda ilk dəfə dövlət qurumunun saytının fəaliyyəti dayandırılıb (YENİLƏNİB)

İlk xəbər saat 10:46-da yayılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytı bir neçə gündür ki işləmir.

Bu barədə Trend-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, yaranmış nasazlıq hələ aradan qaldırılmayıb: "Saytın işinin gələn həftənin əvvəlində bərpa olunacağını güman edirik".

X X X

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet resursunun fəaliyyəti müvəqqəti dayandırılıb.

Trend-in məlumatına görə, buna səbəb elektron informasiya resursunun təhlükəsizlik tələblərinə cavab verməməsi göstərilir.

Azərbaycanın informasiya təhlükəsizliyi bazarındakı mənbə Trend-ə bildirib ki, bu, dövlət qurumuna məxsus saytın fəaliyyətinin rəsmi şəkildə dayandırıldığı ilk haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti