...

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Telekommunikasiya Materials 16 Mart 2018 11:11 (UTC +04:00)
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı. Trend:

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti