...

Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir

Telekommunikasiya Materials 13 Fevral 2020 13:18 (UTC +04:00)
Azərbaycan hər il ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasının təmin olunmasında yüksək fəallıq nümayiş etdirir
Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycan hər il ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasının təmin olunmasında yüksək fəallıq nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu UNEC-in rektoru Ədalət Muradov Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" konfransında deyib.

O bildirib ki, bu gün süni intellekt və elektron maşınlar insan resurslarından istifadəni tələb edir, ona görə də informasiya texnologiyaları sahəsində kadrların peşəkar hazırlığı zəruridir.

Ə.Muradov əlavə edib ki, iqtisadiyyatın uğurla rəqəmsallaşdırılması daha çox biznes, elm, ixrac uçotu və digər sahələrdə rəqəmsal kommunikasiyanın yaradılmasından asılıdır və Azərbaycan da bu sahədə yüksək fəallıq nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti