Bakı. Trend:
Xəzər dənizi və Mərkəzi Asiya regionunda aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" "777 Freighter"in yığım prosesi barədə videoçarx təqdim edib.
Trend xəbər verir ki, "Boeing 777F" yanacaq səmərəliliyi və uçuş məsafəsi ilə fərqlənir.
"Silk Way West Airlines" şirkətinin "777F" donanmasının tərkibinin genişləndirilməsi aviaşirkətə yeni qlobal yük qovşaqlarına çıxış imkanı əldə etməyə və yükqaldırma qabiliyyətini artırmağa imkan verəcək.
Trend sözügedən videoçarxı təqdim edir: