...

Bugünədək 6654 azərbaycanlı "Coursera" tədris proqramında qeydiyyatdan keçib

Telekommunikasiya Materials 26 Yanvar 2024 11:05 (UTC +04:00)
Bugünədək 6654 azərbaycanlı "Coursera" tədris proqramında qeydiyyatdan keçib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bugünədək 6654 azərbaycanlı "Coursera" tədris proqramında qeydiyyatdan keçib.

Trend xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 1300 azərbaycanlı proqramı uğurla başa vurub.

F.Cəfərov bildirib ki, ötən il 4SİM-in "4SI Akademiyası" (Dördüncü Sənaye İnqilabı Akademiyası) layihəsini işə salıb.

Bu təşəbbüs Dördüncü sənaye inqilabı texnologiyaları sahəsində, o cümlədən, süni intellekt, verilənlərin analitikası, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dilləri və digər istiqamətlər üzrə ixtisasını artırmaq istəyən 10 min nəfər üçün platforma təklif edir.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Coursera" şirkətinin baş direktoru Cef Maggionkalda rəqəmsallaşmanın əmək bazarına və əməkdaşlıq imkanlarına təsirini müzakirə edib.

Qeyd edək ki, "Coursera" 275-dən yuxarı aparıcı universitet və şirkətlərlə əməkdaşlıq edərək bütün dünyada fərdi şəxslər və qurumlar üçün çevik, əlçatan və onlayn təlimlər təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti