...

AZƏRBAYCANIN İNTERNET-FORUMU ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT EDİB

Telekommunikasiya Materials 15 İyul 2005 16:50 (UTC +04:00)

Azərbaycanın internet-forumu ölkə prezidenti İlham Əliyevə müraciət edərək ondan "Telekommunikasiya barədə" qanun layihəsini imzalamamağı xahiş edib. Trend in məlumatına görə, bu barədə Forumun iyulun 15də yaydığı press-relizdə bildirilib. Bu qanun layihəsi cari ilin iyun ayının 24-də Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.

Press-relizdə qeyd olunub ki, Forumun belə mövqe tutmasının əsas səbəbi qanun layihəsinin beynəlxalq normalara cavab verməməsi, eləcə də orada strukturun dövlət siyasətini müəyyən edən nizamlama və kommersiyalaşdırma funksiyalarının ləğv edilməsi şərtlərinin olmamasıdır.

Dövlət başçısına müraciətdə telekommunikasiya sektorunda inhisarlaşmanın qarşısının alınması üzrə maddələrin olmaması, lisenziyalaşmanın əsas prinsipləri üzrə izahatlar və həmçinin sənəddə göstərilməli olan bir çox qaydaların olmaması və bu səlahiyyətlərin müxtəlif icra orqanlarının sərəncamına verilməsi kimi məsələlər də öz əksini tapıb.

Sənəddə belə bir fakt da göstərilib ki, qanun layihəsinin ilkin hazırlanması zamanı bu tədbirlərə müstəqil ekspertlər cəlb edilməyib və müvafiq müzakirələr çox tələsik aparılıb.

Forumda həmçinin belə hesab edirlər ki, bu səbəblərdən ölkənin informasiya ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin keçirilməsi zəruridir.

Xəbər lenti

Xəbər lenti