...

SUMQAYIT YEDDİRƏQƏMLİ NÖMRƏ SİSTEMİNƏ KEÇİB

Telekommunikasiya Materials 1 Avqust 2005 18:36 (UTC +04:00)

Avqustun 1-dən Sumqayıt şəhər telefon şəbəkəsi yeddirəqəmli nömrə sisteminə keçib. Bu barədə Trend agentliyinə rabitə və informasiya texnologiyaları Nazirliyində bildirilib.Bu gündən etibarən Sumqayıt şəhərinin kodu "18" "164" olacaq.

Rabitə nazirliyində bildirilib ki, yerli və şəhərlərarası zənglər zamanı telefon nömrələrinin əvvəlində "64" nömrəsini yığmaq lazımdır. Məsələn: 5 24 90 telefon nömrəsində şəhərdaxili zənglər üçün 64 5 24 90 olaraq yığılır, şəhərlərarası və beynəlxalq istiqamətlərdə isə zənglər aşağıdakı qaydada yığılacaq: 18 64 5 24 90.

Xəbər lenti

Xəbər lenti