Azərbaycanın nümayəndə heyəti informasiya cəmiyyəti üzrə Ümumdünya Sammiti Tunis mərhələsinin hazırlıq komitəsinin III iclasında iştirak edəcək.AR rabitə və informasiya texnologiyaları nazirliyində Trend ə bildirilib ki, sentyabrın 19-dan 30-dək Cenevrədə keçiriləcək tədbirə yola düşəcək nümayəndə heyətinin tərkibinə BMT-nin inkişaf Proqramının (UN DP) nümayəndəsi Soltan Hacıyev Sinam şirkətinin başçısı, rabitə nazirliyinin WSIS məsələləri üzrə müşaviri Elçin Əliyev, XİN-nin inkişaf və iqtisadi kooperasiyalar departamentinin başçısı Əşrəf Şıxəliyev, National E-government Initative Project layihəsinin direktoru İlyas Naibov-Əylisli və digərləri daxildir.
Cenevrədə, Palais de Nations-də keçiriləcək 2 həftəlik görüşdə beynəlxalq təşkilatlar, QHT və noyabrın 6-da öz işinə başlay acaq WSIS-nin ikinci fazası üzrə saziş əldə etmək üçün biznes qurumları da daxil olmaqla 130 nümayəndə heyəti və 150 sərmayədar iştirak edir.İxtisaslaşdırılmış agentlik olaraq Beynəlxalq Elektron rabitəsi İttifaqı (BERİ) sammitin təşkilatçısıdır.
Açılışda sarayda toplaşan 1350 nümayəndə heyətinə müraciət edən İttifaqın baş katibi Yoşio Utstumi BMT-nin minillik inkişaf məqsədilə əldə olunmasına yardım üzrə İKT-nin təklif etdiyi imkanları vurğulayıb.Sonra Tunis rabitə naziri və digər rəsmi şəxslər çıxış edib.
İclasın gündəliyinə təşkilati məsələlər, BERİ Baş katibinin hazırlıq komitəsi - 2 və hazırlıq komitəsi -3 arasındakı dövrdə fəaliyyətə dair hesabatı, bilavasitə WSIS ilə bağlı fəaliyyət haqqında hesabatların təqdimatı, WSISqərarlarının yerinə yetirilməsinin təhlili, Hazırlıq komitəsi Sədrinin dostlar Qrupunun hesabatı, İnternetdən istifadənin idarə edilməsi üzrə işçi qrup, regional konfranslar və tematik toplantılara dair hesabatlar kimi məsələlər daxildir.Buraya həm də Hazırlıq komitəsinin Tunis mərhələsinin üçüncü iclasının yekun hesabatlarının qəbul edilməsi və s. daxildir.