...

Azərbaycanda rəqəmli yayıma keçid 8 il tələb edir

Telekommunikasiya Materials 17 Fevral 2007 12:14 (UTC +04:00)

Azərbaycanda rəqəmli yayıma keçid başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinə istinadən Trend xəbər verir ki, bütün proses 8 il çəkəcək.

İşlər üç mərhələdə aparılacaq. Birinci mərhələ 2007-2010-cu illəri, ikinci mərhələ 2011-2013-cü illəri, üçüncü mərhələ 2014-2015-ci illəri əhatə edəcək. İlkin olaraq Bakı, Gəncə və Naxçıvanda 4 kanallı 2 yayım paketi baraxılacaq. İkinci mərhələdə Bakı, Gəncə və Naxçıvanda daha bir paket buraxılacaq. 2013-cü ilə qədər 12 proqramlı 3 paketin buraxılması nəzərdə tutulur.

Üçüncü mərhələdə əlavə datçiklər vasitəsilə yayımın keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bu planlar "Teleradio" İB tərəfindən hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuş təkliflər paketində əks olunub.

Xəbər lenti

Xəbər lenti