...

Bakıda rabitə üzrə Regional Birliyin iclasları keçiriləcək

Telekommunikasiya Materials 7 Aprel 2007 14:05 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/12-13 apreldə Bakıda məlumatlandırma və rabitənin iqtisadiyyatı üzrə rabitə sahəsində Regional Birliyin iclasları keçiriləcək. Bu barədə şənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Rabitə sahəsində Regional Birliyin məlumatlandırma üzrə komissiyasında Azərbaycandan nazirliyin informasiya cəmiyyəti şöbəsinin rəhbəri Rüfət Gülməmmədov, rabitənin iqtisadiyyatı üzrə komissiyaya maliyyə, uçot və iqtisadi analiz şöbəsinin rəhbəri Rəşad Nəbiyev daxildir.

Məlumatlandırma üzrə Regional Birliyin iclasında informasiya sahəsində MDB iştirakçı dövlətlərinin əməkdaşlıq strategiyası, MDB iştirakçı dövlətlərində "elektron hökumət"in yaradılması üzrə layihələrin reallaşdırılıması, Birlik dövlətlərində informasiya texnologiyaları parklarının yaradılması təcrübəsi, təhsil sahəsinin inkişafı üçün IT-nin tətbiqi ("elektron təhsil"), MDB iştirakçı dövlətlərində yeni nəsil pasport-viza sənədlərinin tətbiqi, MDB dövlətlərinin informasiya texnologiyaları sahəsində standartların harmoniyalaşdırılması, MDB iştirakçı dövlətlərinin dövlətlərarası informasiya-marketinq mərkəzinin yaradılması məsələləri müzakirə olunucaq.

Rabitənin iqtisadiyyatı üzrə Regional Birliyin iclasında təcrübə mübadiləsi, o cümlədən, Birlik dövlətlərində rabitə və informasiya texnologiyaları sahəsində idarəetmə orqanlarının funksiyalaşdırılması və nizama salınması, poçt qanunvericiliyinin və poçt rabitəsinin inkişafının əsas prinsipləri, telekommunikasiya şirkətlərinin özəlləşdirilməsi təcrübəsi və poçt rabitəsinin təşkili, universal xidmət mexanizminin reallaşdırılması, dövlət sərhədində operatorlar və mobil rabitəsi arasında mövcud parktikaya əsasən şəbəkəyə birgə daxil olma və digər məsələlərin müzakirəsi planlaşdırılır.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti