...

Tarif Şurası mobil rabitə qiymətlərinin azalması gözləntilərini açıqlayıb

Telekommunikasiya Materials 18 May 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Tarif Şurasının şəhərlərarası və beynəlxalq telefon danışıqlarının tariflərini dəyişməsi mobil rabitə operatorlarının tarifləri aşağı salmasına imkan yaradacaq. Bunu cümə günü şurada bildiriblər.

Tarif Şurasında hesab edirlər ki, tariflərin azaldılması eyni səviyyədə mobil rabitə danışıqlarında da baş verməlidir.

Hazırda ölkədə üç mobil rabitə operatoru - Azercell, Bakcell və Azerfon fəaliyyət göstərir.

Tarif Şurası mayın 14-də hazırda mövcud olan abunə haqlarının qiymətinin 0,7 manatdan iyunun birindən etibarən 2 manata qədər artırılması barədə qərar qəbul edib. Bunun əvəzində hespublika daxilində şəhərlərarası danışıqların qiyməti 0,09 manatdan 0,07 manata qədər azaldılıb.

Bütün qruplardan olan abonentlər üçün də beynəlxalq danışıqların qiyməti azaldılıb:

- MDB və Baltikyanı ökələrə zənglər 0,45 manatdan 0,36 manata,

- İran, Türkiyə, Pakistana 0,54 manatdan 0,45 manata,

- Avropa ölkələrinə 0,72 manatdan 0,54 manata,

- ABŞ və digər ölkələrə 0,9 manatdan 0,54 manata.

Xəbər lenti

Xəbər lenti