...

Səfir: Azərbaycan və Latviya informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərini nəzərdə tutub

Telekommunikasiya Materials 30 May 2007 18:15 (UTC +04:00)
Səfir: Azərbaycan və Latviya informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərini nəzərdə tutub

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Latviya informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərini nəzərdə tutub. Danışıqlar Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Latviyaya hazırkı səfərində aparılacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov Riqadan telefonla müsahibəsində bildirib.

Riqaya səfər zamanı nazir Latviyanın elektron idarəetmə sahəsində xüsusi işlər üzrə nazir İnoy Qudele ilə görüşlz hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etməyi planlaşdırır.

Nazirin səfəri çərçivəsində mayın 31-də Azərbaycan və Latviya arasında IT sahəsində biznes-forumun keçirilməsi nəzərdə tutulub. Forumun mövzusu rabitə və informasiya texnologiyaları sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin "Elektron hökumət" üzrə layihələrin həyata keçirilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti