...

"Smart Systems Technology" "KapitalBank" üçün korporativ şəbəkə yaradacaq

Telekommunikasiya Materials 8 Avqust 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "Smart Systems Technology" şirkətinin marketinq şöbəsinin rəhbəri Sübhan Qaragözün verdiyi məlumata görə, "Smart Systems Technology" telekommunikasiya şirkəti "KapitalBank"la bank və onun regionlardakı filialları arasında korporativ şəbəkənin yaradılması ilə bağlı müqavilə imzalayıb.

Telekommunikasya şirəkti bankın keçirdiyi kotirovka sorğusunun qalibi olub. Qaragözün sözlərinə görə, görüləcək işlər iki ay çəkəcək.

"Oracle" korporasiyasının rəsmi tərəfdaşı olan "Smart Systems Technology" 1999-cu ilin noyabr ayında təsis edilib, bankların və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, mürəkkəb inrformasiya sistemlərinin işlənib hazırlanması, bank və maliyyə sahəsində konsaltinq xidmətlərinin göstərilməsi, İnternet xidmətlərinin göstərilməsi, müasir kommunikasiya avadanlığının satışı və s. ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti