...

Azərbaycanda suvarma və drenaj infrastrukturunun bərpası üzrə tender elan edilib

Tender müsabiqələri Materials 27 Mart 2012 19:43 (UTC +04:00)
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ölkənin Mil-Muğan regionunda Saatlı rayonunun Fətəlikənd kəndində suvarma və drenaj infrastrukturunun bərpası üzrə açıq tender elan edib.
Azərbaycanda suvarma və drenaj infrastrukturunun bərpası üzrə tender elan edilib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir Ə.Həsənov/

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ölkənin Mil-Muğan regionunda Saatlı rayonunun Fətəlikənd kəndində suvarma və drenaj infrastrukturunun bərpası üzrə açıq tender elan edib.

Trend-in məlumatına görə, işlər Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyasının kredit resursları çərçivəsində ayrılan vəsaitlər hesabına həyata keçiriləcək.

Tender çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Beton və ya torpaq kanalların lildən təmizlənməsi;
- Suvarma kanallarının betonla üzlənməsi;
- Mövcud drenaj kanallarının bərpası;
- Beton kanallarında dağılmış beton üzlüyün bərpası;
- Suvarma və drenaj kanalları üzərində dağılmış hidrotexniki qurğuların bərpası və ya yenilərinin tikintisi.

Tenderdə iştirak haqqı 200 manat və ya 250 dollar təşkil edir.

Təkliflər 120 gün ərzində qüvvədə olacaq və 108,9 min dollar həcmində təklif zəmanəti ilə müşayiət olunmalıdır.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 2012-ci il 11 may saat 11:00-dan gec olmayaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təqdim edilməlidir. Ünvan: Bakı ş., Üzeyir Hacıbəyov k., 40, Hökumət Evi, 5-ci mərtəbə, 514-cü otaq.

Xəbər lenti

Xəbər lenti