...

Dövlət Sərhəd Xidməti tenderlər elan edib

Tender müsabiqələri Materials 7 May 2012 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Dövlət Sərhəd Xidməti yeddi təkrar tender elan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rəsmi mətbuatda dərc edilən elanda deyilir.

Birinci tender aviasiya, dəniz, avtomobil və ixtisaslaşdırılmış texnika üçün sürtgü yağları və zəhərli maddələr, o cümlədən silah, konservləşdirilmiş və mühərrik yağları, transmissiyalar, amortizatorlar və əyləc sistemləri üçün yağ və sərinləşdirici mayelərin alınmasını nəzərdə tutur.

İkinci tender aviasiya yanacağının alınmasını, üçüncü tender texniki avadanlıqlar və quraşdırma işləri üçün yanacaq-sürtgü materiallarının alınmasını nəzərdə tutur.

Dördüncü tender qazanxana, məişət və yanğınsöndürmə avadanlıqlarının, tikinti materiallarının və təmir işlərinin alınması üzrə elan edilib.

Beşinci tenderdə elektrik generatorlarının, elektrik materialalrının, elektrik və qaz avadanlıqlarının alınmasını nəzərdə tutulur.

Altıncı tender subartezian quyularının qazılması və quraşdırma işlərinin alınmasını, yeddinci tender isə qazanxana avadanlıqlarının və qızıdırıcı xətlərin təmirini nəzərdə tutur.

Sərfəli qiymət və yüksək keyfiyyət təklif edən iştirakçılara üstünlük veriləcək.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 2012-ci il 5 iyun saat 15:00-dək Dövlət Sərhəd Xidməti Aparatının Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 30 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Əlaqə telefonu: (012) 498 01 36.

Xəbər lenti

Xəbər lenti