...

DGK yeni inzibati binanın tikintisi üçün 30 milyon manat ayıracaq

Tender müsabiqələri Materials 24 Dekabr 2020 14:56 (UTC +04:00)
DGK yeni inzibati binanın tikintisi üçün 30 milyon manat ayıracaq

Bakı. Fidan Babayeva - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) ilə "Progress" sənaye-istehsalat şirkəti arasında 30 milyon manat məbləğində müqavilə imzalanıb.

Trend bu barədə “Elektron satınalmalar” portalına istinadən məlumat verir.

Məlumata əsasən, DGK elan etdiyi yeni inzibati binanın tikintisi üzrə tenderin qalibi müəyyən edilib:

“Tender komissiyasının qərarı ilə "Progress" sənaye-istehsalat şirkəti qalib elan edilib. Şirkətlə 30 milyon manat məbləğində müqavilə imzalanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti