...

Lahıcdakı Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlanılıb (FOTO)

Turizm Materials 9 Noyabr 2019 12:20 (UTC +04:00)
Dövlət Turizm Ağentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində - Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlayıb.
Lahıcdakı Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlanılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Ağentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində - Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlayıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı və s. məsələlərə aydınlıq gətirəcək.

Dövlət Turizm Ağentliyinin reyestrinin qeydiyyat nömrəsinə (İnv.№ 4381) görə, abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri1295-ci il (1878-ci il) və hicri1323-ci (1905-ci il) tarixləri qeyd edilib.

Qeyd edək ki, bu il oktyabrın 3-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər etmişdir. Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat veribr. Məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.

Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən abidədə təmirdən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti