...

Tayvan 47 təyyarə və 21 Çin gəmisinin yaxınlaşmasını qeydə alıb

Turizm Materials 10 Dekabr 2024 07:56 (UTC +04:00)
Tayvan 47 təyyarə və 21 Çin gəmisinin yaxınlaşmasını qeydə alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tayvan silahlı qüvvələri bir gün ərzində adaya yaxınlaşan Xalq Azadlıq Ordusunun (XAO) 47 təyyarəsini və 12 gəmisini, həmçinin Çin hökumət idarələrinin 9 gəmisini qeydə alıb.

Trend xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, 16 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb hissəsindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək və təhlükə yarandıqda cavab vermək məqsədilə təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edib.

Xəbər lenti

Xəbər lenti