Bakı. Trend:
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Partizan Məmməd Bağırovun ev muzeyinin bədii-tərtibat xidmətləri aparılacaq.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Turizm Agentliyində müvafiq işlərə start verilib.
Agentlik sözügedən işlərin 117 767 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Məmməd Bağırov İkinci Dünya müharibəsi və İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı olmaqla yanaşı, həmçinin, Pistoya şəhərinin fəxri vətəndaşı (1978), "Ubaldo Fantaççi" partizan briqadasının üzvü olub.
Müharibədən sonra Məmməd Bağırov öz kəndində hərbi vətənpərvərlik fəaliyyəti istiqamətində muzey təşkil edib.
Məmməd Bağırov 9 oktyabr 1997-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.