...

Azərbaycanda rəqəmsal televiziya efir məkanının inkişafının yeni mərhələsidir - Trend-in icmalçısı

Nəzər nöqtəsi Materials 16 Oktyabr 2010 14:51 (UTC +04:00)
Analoq televiziya yerini rəqəmsal yayım formatına verməklə, ildən-ilə öz mövqeyini itirməkdədir. Buna səbəb Aİ-nin tərkibinə daxil olan bütün ölkələrə 2015-ci ilədək telayayımın rəqəmsal formatına tam keçidi həyata keçirməyi tapşıran Avropa Komissiyasının qərarıdır.
Azərbaycanda rəqəmsal televiziya efir məkanının inkişafının yeni mərhələsidir - Trend-in icmalçısı

Trend-in icmalçısı Hüseyn Vəliyev

Analoq televiziya yerini rəqəmsal yayım formatına verməklə, ildən-ilə öz mövqeyini itirməkdədir. Buna səbəb Aİ-nin tərkibinə daxil olan bütün ölkələrə 2015-ci ilədək telayayımın rəqəmsal formatına tam keçidi həyata keçirməyi tapşıran Avropa Komissiyasının qərarıdır. Bununla belə, rəqəmsal yayım şəbəkəsinin inkişafı üçün Aİ-nin nəzərdə tutduğu müddət azalır.

Azərbaycanda rəqəmsal teleyayımın inkişafı yaxın vaxtlarda respublikanın bütün ərazisində rəqəmsal yayımı genişləndirmək niyyətində olan Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında qoyulan prioritet vəzifələrdən biridir.

Azərbaycanda yerüstü rəqəmsal yayıma keçidlə bağlı sınaq işləri 2004-cü ildən etibarən aparılır. Müasir rəqəmsal televiziyanın əsası MPEG-in sıxılmış standartıdır. Sınaq tədqiqatlarının, yerli yerüstü və peyk televiziya yayımının nəticələri əsasında bütün layihələrdə üstünlük MPEG-2 standartına əsaslanan DVB-T (Digital Video Broadcasting - Terrestrial) standartına verilib. Lakin xarici ölkələrdə rəqəmsal televiziyanın tətbiqi təcrübəsi ilə tanışlıqdan sonra videogörüntünün sıxılmış standartı MPEG-4-ə keçidlə bağlı qərar qəbul edilib, çünki MPEG-2 standartı köhnəlib.

Yayımın rəqəmsal formatının tətbiqi bu perspektivli texnologiyanın texniki-iqtisadi üstünlükləri ilə əlaqələndirilir. Bu, ilk növbədə, müasir televiziya üçün yeni keyfiyyət standartıdır. Onun adi analoq şəbəkələrindən əsas fərləndirici cəhəti görüntünün yüksək keyfiyyəti, tezlik resurslarına qənaətin edilməsi, çoxlu sayda kanalların və əlavə xidmətlərin göstərilməsində imkanın olmasındadır.

"Teleradio" İstehsalat Birliyinin proqnozlarına görə, ilin sonunadək Azərbaycan ərazisinin 50 faizi yayımın rəqəmsal standartı ilə əhatə olunacaq, rəqəmsal yayıma tam keçid isə iş planına əsasən, 2013-cü ildə gözlənilir.

Hazırda Azərbaycanda televiziya yayımının rəqəmsal formatından Bakı və Abşeron yarımadası ərazisində istifadə etmək olar. Rəqəmsal televiziya yayımı MPEG-4 standartında həyata keçirilir. O, bir kanallla 10 proqramın yayımını nəzərdə tutur. Yaxın vaxtlarda rəqəmsal yayım kanallarının sayı 24-dək artırılacaq. İlkin olaraq, bu, BakuTel-2010 telekommunikasiya sərgisinə qədər (23-16 noyabr) baş verməlidir.

Televiziyanın rəqəmsal standartına keçmək üçün dekoderlər alınmalıdır. İndi bu qurğulardan istehlakçıların müxtəlif kateqoriyaları istifadə edə bilərlər. Yaxın vaxtlarda onların Mingəçevirin "Kür" zavodunun qurğularında istehsala buraxılması planlaşdırılır, bu, qurğuların dəyərini xeyli azaltmağa və onları kütləvi istehlakçılar üçün daha əlverişli etməyə imkan verəcək. "KÜR" "Prestij" brendi ilə artıq sınaq DVT-T dekoderini buraxıb. Qurğunun qiyməti 75 manatdır. Bazarda dekoderləri quraşdırılmış və yayımın yeni standartını dəstəkləyən televizorlar da var.

Noyabrın sonunadək rəqəmsal televiziyadan regional səviyyədə istifadə etmək mümkün olacaq. Rəqəmsal yayımın əhatəsinin genişləndirilməsi üzrə işlər "Teleradio" İstehsalat Birliyi tərəfindən aparılır. İB cənub istiqamətində (Qaradağ rayonundan Lerik rayonuna qədər) radiorele xəttini tikir. Bu, rəqəmsal siqnalı Bakıdan cənub rayonlarına çatdırmağa imkan verəcək. Bu dövrdə Gəncə və Şirvanda rəqəmsal televiziyanın quraşdırılması üzrə işlərin başa çatacağı da gözlənilir. Bu işlər başa çatdıqdan sonra İB Ağsu rayonunda işə başlayacaq və bu, bütün aran zonasını rəqəmsal televiziya ilə əhatə etməyə imkan verəcək.

Regional səviyyədə 10 telekanaldan ibarət sosial paketin tətbiqi də planlaşdırılır. Buna əsas Azərbaycan kanalları daxil ediləcək və pulsuz formada istifadə etmək mümkün olacaq. Perspektivdə bəzi kanalların ödənişli əsasda yayımlanacağı nəzərdə tutulub. Paket Milli Televiziya və Radio Şurası tərəfindən müəyyən ediləcək.

Xarici kanalların geniş seçimini və yerli televiziya kanallarına bir o qədər də tələbatın olmadığını nəzərə alaraq, skeptiklər güman edirlər ki, onlara baxmaq üçün ödənişin alınması son nəticədə əhalinin onlara baxmaqdan imtina etməsi ilə nəticələnə bilər.

Hazırda rəqəmsal formatda təqdim edilən yerli kanallar arasında AzTV, İctimai televiziya, İdman Azərbaycan və Lider TV-ni göstərmək olar. Yaxın vaxtlarda onlara "Xəzər" telekanalı da qoşulacaq. İndi "Teleradio"nun təqdim etdiyi proqramlar paketinə yerli kanallarla yanaşı, türk və rus kanalları da daxildir.

Nəzərdə tutulur ki, rəqəmsal yayıma keçid teleradio şirkətləri tərəfindən xeyli investisiya tələb edəcək. Müxtəlif qiymətləndirmələrə görə, rəqəmsal yayıma keçidlə bağlı telekanalların xərci bir milyon manatı ötə bilər. Söhbət özəl kanalların şəxsi yayım infrastrukturunun yaradılmasından, analoq avadanlığın rəqəmsal avadanlıqla əvəzlənməsindən gedir. Bununla belə, rəqəmsal yayıma tezliklə keçid üçün "Teleradio" İB bütün teleradio şirkətlərinə rəqəmsal yayım formatına keçid zamanı bütün yerli telekanalların texniki baxımdan tələbatını ödəmək iqtidarında olan yayım infrastrukturunu təklif edir.

Rəqəmsal televiziyaya keçid televiziya tamaşaçılarına efir yayımının yüksək keyfiyyəti ilə yanaşı, geniş imkanlar əldə etməyə imkan verəcək. Bu, istəyə uyğun paketlərin formalaşdırılması, "Video on Demand" (sorğu üzrə video), genişzolaqlı internet xidmətlərindən istifadə imkanları deməkdir. Odur ki, televiziya tamaşaçılarının böyük seçimi olacaq. Bunun müqabilində isə sözsüz ki, pul ödəmək lazım olacaq.

Xəbər lenti

Xəbər lenti