...

Deputat: Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi

Nəzər nöqtəsi Materials 12 Yanvar 2017 13:13 (UTC +04:00)
Yaranmış çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi
Deputat: Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi

Bakı. Ənvər Məmmədov - Trend:

Yaranmış çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi. Bu sözləri Trend-ə millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı üçün ağır il oldu: "Qloballaşma dövründə yaşadığımız, ölkəmiz dünya və Avropa iqtisadiyyatına inteqrasiya etdiyi üçün dünya bazarlarındakı problemlər və dalğalanmalar təbii ki, Azərbaycana da toxundu. Amma neft qiymətlərinin düşməsinə, bizim əsas iqtisadi partnyorlarımızın valyutaları ilə baş verən böyük problemlərə baxmayaraq, Azərbaycan makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi. Bu isə bizim vacib nailiyyətimizdir”.

Onun sözlərinə görə, ölkənin bank sektorundakı çətinliklərə və problemlərə baxmayaraq, onun maliyyə göstəriciləri planlaşdırılmış çərçivədə qalıb və bu amillər göstərir ki, Azərbaycan bir sıra qonşu ölkələrlə müqayisədə ötən ili daha uğurlu göstəricilərlə başa vurub:

“Ölkənin strateji ehtiyatları Rusiya və Qazaxıstanla müqayisədə daha az xərclənib. Bank sektorunda ölkə iqtisadiyyatı üçün böyük çətinliklərin yaranmasına baxmayaraq, biz valyutanı planlaşdırılan səviyyədə saxladıq”.

Millət vəkilinin fikrincə, diqqəti ölkə iqtisadiyyatının inkişafı üçün strateji yol xəritələrində qarşıya qoyulan məqsədlərin icrasına yönəltmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti