...

Azərbaycan “Böyük İpək Yolu”nun bərpasında Türkmənistanın rolunu yüksək qiymətləndirir

Nəzər nöqtəsi Materials 2 May 2018 13:17
Türkmənbaşı beynəlxalq dəniz limanının açılışı Türkmənistanın “Böyük İpək Yolu”nun bərpasına verdiyi böyük töhfədir.
Azərbaycan “Böyük İpək Yolu”nun bərpasında Türkmənistanın rolunu yüksək qiymətləndirir

Trend-i buradan izləyin

Avaza. Vüqar İmanov, Hüseyn Vəliyev - Trend:

Türkmənbaşı beynəlxalq dəniz limanının açılışı Türkmənistanın “Böyük İpək Yolu”nun bərpasına verdiyi böyük töhfədir.

Trend-in Aşqabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanın Avaza milli turizm zonasında “Böyük İpək Yolu” yeni inkşaf istiqamətləri” adlı beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, nəqliyyat layihələri hər zaman inkişafın aparıcı qüvvəsi olub və bu Bakı-Tbilisi-Qars və “Şimal-Cənub” kimi layihələr Asiyadan Avropaya ən qısa yolu açır, eləcə də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır:

“Azərbaycanda, Xəzər dənizinin sahilində beynəlxalq dəniz limanının tikintisi aparılır və azad iqtisadi fəaliyyət üçün logistika mərkəzi yaradılır. Bu layihələr bir-birini tamamlayır və dünya nəqliyyat landşaftını dəyişir. Bu sahədə bizim əməkdaşlığımız ölkələrimizin gələcək inkişafına xidmət edəcək”.

R.Quluzadənin sözlərinə görə, “Böyük İpək Yolu” tarix boyunca dostluq, tərəfdaşlıq və mədəni dəyərlər mübadiləsi üçün əsas kimi çıxış edib və ölkələrin inkişafına və iqtisadi münasibətlərin artımına xidmət edib:

“Müstəqil Azərbaycanın ümumi inkişafı region ölkələri arasında müxtəlif müstəvilərdə münasibətlərin inkişafına xidmət edir. Azərbaycan ölkələr arasında dostluq münasibətlərinin inkişaf etməsindən məmnundur və mövcud münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə çalışır”.

Nazir əlavə edib ki, bəşəri və iqtisadi əlaqələrin qloballaşması məhz bu cür yanaşma tələb edir:

“Ona görə də biz ilk növbədə öz iqtisadiyyatımızı möhkəmləndirir, iqtisadiyyatdın şaxələndirilməsini həyata keçirir, yeni istehsalat gücləri yaradır, infrastrukturu müasirləşdirir, ardıcıl və dayanıqlı inkişaf üçün əsaslar yaradırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti