...

Millət vəkili: Bolqarıstanda erməni vəhşiliyi ilə bağlı filmin nümayişi göstərir ki, həqiqətləri ört-basdır etmək mümkün deyil

Nəzər nöqtəsi Materials 3 İyul 2018 16:32 (UTC +04:00)
Erməni vəhşiliyini göstərən filim nümayiş etdirilib.
Millət vəkili: Bolqarıstanda erməni vəhşiliyi ilə bağlı filmin nümayişi göstərir ki, həqiqətləri ört-basdır etmək mümkün deyil

Bakı. Trend:

Bolqarıstanda erməni vəhşiliyini göstərən filim çəkilməsində və nümayiş etdirilməsində Azərbaycan-Bolqarıstan əlaqələrinin çox yüksək səviyyədə olması, iki ölkə arasında, xalqlarımız arasında yaranmış dostluq münasibətləri həlledici rol oynayıb. Diplomatik əlaqələr yaradıldıqdan sonra iki ölkənin dövlət və hökumət başçıları, parlament rəhbərləri, nazirlər və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub.

Bunu Trend-ə Milli Məclisin “Azərbaycan - Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu”nun sədri Rauf Əliyev deyib.

Qeyd edək ki, Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filim nümayiş etdirilib. “Spomeni ot Karabax” adlanan filimdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının işğalı əks olunub.

Filimdə erməni vəhşiliyi, Xocalı Soyqırımı və digər qətliamlar və təmas xəttindəki mövcud durum barədə obyektiv həqiqətlər bolqar tamaşaçılarına təqdim edilib. Film qısa müddət ərzində rezonans doğurub. Bunun ardınca filmdəki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalistlərə və televiziyaya qarşı hücuma keçiblər.

Bolqarıstan erməni diasporunun güclü təşkilatlandığı ölkələrdən biridir.

R.Əliyev bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri böyük rol oynayıb. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaradıb. Bu vaxta kimi iki ölkə arasında müxtəlif sahələri, iqtisadiyyat xüsusilə energetika, sosial, mədəniyyət, idman və digər sahələri əhatə edən 60-dan çox sənəd imzalanıb:

"2017-ci ilin may ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olumuş “Bolqarıstan-Azərbaycan: 25 illik diplomatik, ikitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq üçün perespektivlər” mözusunda konfrans keçirilib.

Keçirilən bütün görüşlərdə, həyata keçirilən tədbirlərdə daima Azərbaycanın qonşu dölət olan Ermənistan tərəfindən təcavüzə məruz qaldığı, 20% torpaqlarımızın o cümlədən əzəli Azərbaycan torpaqları olan Qarabağın və 7 ətraf rayonun işğal olunduğu nəzərə çatdırılaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyri –şərtsiz boşaldılması barədə BMT-nin məlum 4 qətnaməsinə məhəl qoymadığı , işğal olunan torpaqlarda həyata keçirilən erməni vəhşilikləri o cümlədən Xocalı Soyqırımı və digər qətliamlar barədə məlumatlar verilib".

Dostluq Qrupu”nun sədrinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında hər iki ölkənin səfirliklərinin diplomatik sahədə apardıqları işlərin, Milli Məclisin “Azərbaycan- Bolqarıstan Parlamentlərarası Dostluq Qrupu” və Bolqarıstanın 44-cü Xalq Məclisinin “Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrup” larının qarşılıqlı səfərləri və apardıqları məqsədyönlü işlər də mühüm rol oynayıb:

Bu filmin yaradılması və nümayiş etdirilməsi bir daha göstərir ki, həqiqətləri heç vaxt gizlətmək, ört-basdır etmək mümkün deyil.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı uğurlu, balanslaşdırılmış xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu ildən-ilə durmadan artır, Azərbaycanı dəstəkləyən ölkələrin sayı çoxalır. Bu da Qarabağ haqqındakı həqiqətlərin beynəlxalq aləmdə daha geniş surətdə yayılmasına əlverişli şərait yaradır. İnanırıq ki, bir müddətdən sonra, işğal olunmuş torpaqlarımızda erməni faşistlərinin törətdiyi əməlləri, Qarabağ həqiqətlərini əks etdirən müxtəlif ölkələrdə çəkilmiş filimlərin şahidi olacağıq".

Bu sahədə Azərbaycana dəstək verən bütün dostlarımıza o cümlədən Bolqar dostlarımıza öz dərin təşəkkürümüzü bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti