...

Deputat: Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafından hər bir vətəndaş bəhrələnir

Nəzər nöqtəsi Materials 13 Fevral 2019 13:02 (UTC +04:00)
Prezident İlham Əliyevin siyasətinin əsasında insam amili dayanır.
Deputat: Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafından hər bir vətəndaş bəhrələnir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin siyasətinin əsasında insam amili dayanır. Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, sosial siyasət həmişə dövlətimizin başçısının siyasətinin əsas prioritet istiqamətlərindən olub: “Görülən işlər, qarşıya qoyulan məqsədlər, hədəflər, ölkənin iqtisadi, siyasi gücünün artması son nəticədə insan amilinin inkişafına, insanlarımızın azad və firavan yaşamasına hesablanıb”.

İ.Məmmədov bildirib ki, Azərbaycanda islahatlar davam etdirilir: “Bu gün dünya dəyişir. Artıq elə bir zaman gəlib ki, haqsız haqlıya güc gəlir, güclü gücsüzə zor tətbiq edir və bütün bunlar beynəlxalq müstəvidə bir gərginlik yaradıb. Belə bir vəziyyətdə ölkəni qorumaq, inkişaf etdirmək və bütün bu inkişafın nəticəsini məhz insan amilinə yönəltmək, əlbəttə ki, bir qəhrəmanlıq nümunəsidir, xalqına, millətinə böyük sevgidən irəli gələn bir amildir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan xalqına, hər bir vətəndaşa böyük qayğı ilə yanaşır: “Elə son günlərdə cənab Prezidetin şəhid ailələri ilə görüşü, şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, pensiyaların artırılması, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması insanlarımızın sosial rifahının daha da yüksəlməsinə mühüm təsir edəcək, gələcəkdə sosial-pensiya təminatının yaxşılaşmasına xidmət edəcək. Bunlar kiçik məsələlər deyil. Təkcə mimimum əməkhaqqının artırılmasından 600 min insan bəhrələnəcək”.

İ.Məmmədov deyib ki, bütün bu tədbirlərin həyata keçirilməsi Azərbaycan iqtisadi inkişafı sayəsində mümkün olur: “Möhtərəm prezidentimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir və hər bir vətəndaş bu inkişafdan bəhrələnir, çünki bütün siyasətin əsasında insan amili dayanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti