...

Ekspert: Prezident İlham Əliyevin 2019-cu ildə sosial-iqtisadi sahədə atdığı addımlar keyfiyyətcə yeni mərhələnin göstəricisidir

Nəzər nöqtəsi Materials 25 Fevral 2019 19:51 (UTC +04:00)
Prezident İlham Əliyevin 2019-ci ildə sosial iqtisadi sahədə atdığı addımlar keyfiyyətcə yeni mərhələnin göstəricisi, həyata keçirilən sosial paketin tərkib hissəsidir.
Ekspert: Prezident İlham Əliyevin 2019-cu ildə sosial-iqtisadi sahədə atdığı addımlar keyfiyyətcə yeni mərhələnin göstəricisidir

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin 2019-cu ildə sosial-iqtisadi sahədə atdığı addımlar keyfiyyətcə yeni mərhələnin göstəricisi, həyata keçirilən sosial paketin tərkib hissəsidir.

Bunu Trend-ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu sosial siyasət 2003-cü ildən Prezident İlham Əliyevin timsalında növbəti mərhələyə qədəm qoyub, burada da vətəndaş amili, onun sosial rifah halının yaxşılaşdırılması öndə duran məsələlərdəndir: “Artıq 16 ildir ki, uğurla davam etdirilən bu mərhələ ölkənin sosial siyasətində inqilabi dəyişikliklərə səbəb olub. Ölkəmizdə sosial sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əməkhaqlarının artırılması istiqamətində atılan addımlar Azərbaycanın şaxələndirilmiş iqtisadiyyatının nəticələridir”.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin sosial sahədə imzaladığı son sərəncamlar ölkə başçısının hakimiyyətə ilk gəldiyi gündən verdiyi vədlərə daim sadiq qaldığını bir daha göstərir:

“Dövlət başçısı hər zaman bildirir ki, əsas məqsəd güclü iqtisadiyyatı insan kapitalına çevirməkdir. Bu addımlar Prezident İlham Əliyevin verdiyi vədlərin davamı və keyfiyyətcə yeni mərhələsidir. Bundan əlavə, dövlət başçısının vətəndaşların yanında olması, problemlərin birbaşa olaraq onların dilindən eşidilməsi göstərir ki, Prezident İlham Əliyev birbaşa vətəndaşlarla təmasda olmağa maraqlıdır. Bu iki tandem, lider və vətəndaş hörməti, qarşılıqlı etimad ümumilikdə ölkəmizin sosial iqtisadi inkişafına xidmət edir. Bir sözlə ifadə etsək, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti