...

Daxili İşlər Nazirlyində "Eurovision 2012" müsabiqəsi ilə bağlı müşavirə keçirilib

Eurovision-2012 Materials 8 Noyabr 2011 15:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyində 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı naziryanı əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirlyində "Eurovision 2012" müsabiqəsi ilə bağlı müşavirə keçirilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyində 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı naziryanı əməliyyat müşavirəsi keçirilib.

Trend-in çərşənbə axşamı DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Prezidentinin 19 may 2011-ci il tarixli sərəncamı ilə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb, onun icrasına məsul qurumlar və konkret icra müddətləri müəyyən edilib. Diqqətə çatdırılıb ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür.

Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev Daxili İşlər Nazirliyində planlaşdırılan hazırlıq işləri ilə bağlı məlumat verib.

Müşavirənin sonunda Usubov ölkəmizin həyatında böyük ictimai hadisə sayılan bu tədbirlə bağlı ölkə Prezidentinin sərəncamının icrasının təmin edilməsi, Təşkilat Komitəsinin iclaslarında qarşıya qoyulan məsul vəzifələrin həlli, müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi təmin olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışıb, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qarşısında konkret vəzifələr qoyub, müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti